Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi ("Vətən Müharibəsi Qəhrəmanı" adı ilə birlikdə). Ölkənin müstəqilliyi və

Azərbaycanın Milli Qəhrəmanı

  • Ana Səhifə
  • Azərbaycanın Milli Qəhrəmanı

Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi ("Vətən Müharibəsi Qəhrəmanı" adı ilə birlikdə). Ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.

Azərbaycanın Milli Qəhrəmanı
Azərbaycanın Milli Qəhrəmanının fərqlənmə nişanı — "Qızıl ulduz" medalı (2020-ci ildən etibarən təqdim olunan versiya)

Ölkə Azərbaycan Azərbaycan
Tip Medal
Təltif edir
  • Azərbaycan Respublikasının Prezidenti
Status verilir
Statistika
Təsis tarixi 25 mart 1992
İlk təltif
  • 6 iyun 1992
  • 11 nəfər
Son təltif
  • 7 noyabr 2025
  • Vaqif Qurbanov
    Pəncəli Teymurov
Təltif sayı 224 nəfər
Ardıcıllıq
Yüksək mükafat yoxdur
Müvafiqdir Vətən Müharibəsi Qəhrəmanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Təsis edilməsi

Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.

Əsasnaməsi

"Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir.

  • "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
  • Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
  • xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı;
  • "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
  • Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
  • "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
— medal haqqında ƏSASNAMƏ

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli 201 nömrəli Qanunu ilə təsis edilmişdir.

1998–2020-ci illərdə təqdim olunan "Qızıl ulduz" medalı

"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir.

Azərbaycanın Milli Qəhrəmanları

Əmək fəaliyyəti

Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Həmçinin bax

Vikianbarda Azərbaycanın Milli Qəhrəmanı ilə əlaqəli mediafayllar var.
  • "Qızıl Ulduz" medalı
  • "Ay-Ulduz" medalı
  • Vətən Müharibəsi Qəhrəmanı
  • "Vətən Müharibəsi Qəhrəmanı" medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycanın milli qəhrəmanı sözünün mənası, azərbaycanın milli qəhrəmanı haqqında məlumat. azərbaycanın milli qəhrəmanı nədir? azərbaycanın milli qəhrəmanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 08, 2026

    Gəncə xanlığı

  • Mart 10, 2026

    Naxçıvan Muxtar Respublikası

  • Mart 09, 2026

    İsgəndərnamə

  • Mart 08, 2026

    ABŞ

  • Mart 08, 2026

    Albaniya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst