Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəlaliyyə (fars. جللییا‎) — Naxçıvan hakimi, məlikə (XIII əsrin 20-ci illəri), Azərbaycan Atabəylər dövlətinin ikinci hökmdarı atabəy Məhəmməd Cahan Pəhləvanın

Cəlaliyyə

  • Ana Səhifə
  • Cəlaliyyə

Cəlaliyyə (fars. جللییا‎) — Naxçıvan hakimi, məlikə (XIII əsrin 20-ci illəri), Azərbaycan Atabəylər dövlətinin ikinci hökmdarı atabəy Məhəmməd Cahan Pəhləvanın Zahidə xatundan olan qızı, atabəy Özbəyin bacısı, Xarəzmşah Cəlaləddin Mənguberdinin şəxsi münşisi.

Cəlaliyyə
fars. جللییا‎
Naxçıvan hakimi
Şəxsi məlumatlar
Milliyyəti qıpçaq türkü
Atası Məhəmməd Cahan Pəhləvan
Anası Zahidə xatun
Həyat yoldaşları Məhəmmədin oğlu Qiyasədin Pirşah, Cəlaləddin Mənguberdi
Dini Sünni İslam

Mündəricat

Həyatı

Şihabəddin ən-Nəsəvinin Cəlaliyyə haqqında məlumatı "Məlikə Cəlaliyyə, Naxçıvanın sahibəsi" sözləri ilə başlayır. 1224-cü ildə monqolların dağıtdığı Xarəzmşahlar dövlətinin hökmdarı sultan Məhəmmədin oğlu Qiyasədin Pirşah Azərbaycana yürüş edir. Hücumların qarşısını almaq iqtidarında olmayan Özbək, iqta mülkü kimi Naxçıvana sahib olan bacısı Cəlaliyyəni Pirşaha ərə verməklə barışıq əldə edir. Azərbaycan Atabəylər dövlətinin süqutundan sonra Naxçıvan Cəlaliyyənin mülkü olaraq qalır. Cəlaliyyə haqqında mənbələrdə olan sonrakı məlumat Cəlaləddin Mənguberdinin vəziri Şərəf əl-Mülkün bu işə Cəlaliyyənin oğulluğu, ona naxələf çıxmış məmlük Aytoğmış təhrik etmişdi. Naxçıvan civarında baş verən döyüş vəzirin qoşununun məğlubiyyəti ilə nəticələnir. Ən-Nəsəvi Cəlaliyyənin sarayında, adətən, kişilərin danışdığı "hacib" (sarayın işlər müdiri, kamergeri) vəzifəsini icra edənin o zaman qadın olması haqqında məlumat verir. 1228-ci ildə gürcü qoşunlarını darmadağın etmiş, ətraf yerləri ələ keçirmiş Xarəzmşah Cəlaləddin Mənguberdi Cəlaliyyənin təklifi ilə Naxçıvana gəlir. Öz mülklərini qorumağa çalışan Cəlaliyyə sultanla nikah kəsdirir. 1231-ci ildə monqolların ikinci yürüşü zamanı Naxçıvan işğal olunur. Bundan sonrakı dövr mənbələri Cəlaliyyə haqqında heç bir məlumat vermir.

Həmçinin bax

  • Eldənizlər
  • Zahidə xatun
  • Şəmsəddin Eldəniz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cəlaliyyə sözünün mənası, cəlaliyyə haqqında məlumat. cəlaliyyə nədir? cəlaliyyə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 10, 2026

    Marağa şəhəri

  • Mart 08, 2026

    Qalay

  • Mart 11, 2026

    Fernan Magellan

  • Mart 10, 2026

    Həzi Aslanov

  • Mart 10, 2026

    Barbarlar

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst