Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Druzlar və ya dürzilər (ərəb. الدُرُوز‎‎, təkdə ərəb. دَرْزِيّ‎‎) — ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada

Dürzilər

  • Ana Səhifə
  • Dürzilər

Druzlar və ya dürzilər (ərəb. الدُرُوز‎‎, təkdə ərəb. دَرْزِيّ‎‎) — ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır. Druz təriqəti XI əsrin əvvəllərində Misir və Cənubi Livan ismailliləri arasında təbliğat aparan batini vaiz Dərazinin (təriqətin adı da buradandır) fəaliyyəti nəticəsində meydana gəlmişdir. Druzlar Fatimi xəlifəsi Hakimdə (996-1021) Allahın təcəssüm olunduğuna və ruhların ölməzliyinə inanırlar. Orta əsrlərdən başlamış son dövrədək druzlar nəsli aristokratiyaya və hakim əmir sülaləsinə malik olmuşlar. Druz əmirlərinin Livanda ən qüdrətli dövrü II Fəxrəddin Məan (1590-1633) və II Bəşir Şihabın (1788/89-1840) hakimiyyəti illərinə təsadüf edir. Maruni kəndliləri və onların feodal ağaları olan druz zadəganları arasındakı sinfi ziddiyətlər nəticəsində XIX əsrin 40-60-cı illərində Livanda Druz və xristian Marunilər arasında silahlı toqquşmalar baş vermişdir. XIX əsrin II yarısı-XX əsrdə Osmanlı imperiyası hakim dairələrinin druz "sərbəstliyinə", "imtiyazına" (hərbi mükəlləfiyyətin olmaması, silah gəzdirmək hüququ, druz zadəganlarının sıravi druzlar üzərindəki qeyri məhdud hakimiyyəti və s.) son qoymaq cəhdləri tez-tez türklər əleyhinə çıxışlara səbəb olmuşdur. Fransanın mandatlığı dövründə (1920-1943) Suriya və Livan druzları antiimperializm mübarizəsində iştirak etmişdirlər. 1925-1927-ci illər Ümumsuriya milli üsyanının mərkəzi Cəbəl-Druz idi. Üzvlərinin əksəriyyəti druzlardan ibarət olan Livan Tərəqqipərvər Sosialist Partiyası (1949-cu ildə təsis olunmuşdur) 1958-ci ilin yayında antiimperialist üsyanda fəal iştirak etmişdir. 1970-ci illərdə Livanda baş verən hadisələr zamanı druzlar milli vətənpərvər qüvvələrin tərəfində çıxış edir, ölkənin vahidliyi və Fələstin qaçqınları probleminin ədalətli həll olunması naminə mübarizə aparırlar.

Druzlar
Druzların bayrağı
Ümumi sayı
1.5 miliyon
Yaşadığı ərazilər
Suriya 865.000
Livan 280.000
İsrail 118.000
İordaniya 20.000
Dili

ərəb dili, İsraildə ivrit dili

Dini

İslam

Qohum xalqlar

Ərəblər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dürzilər sözünün mənası, dürzilər haqqında məlumat. dürzilər nədir? dürzilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 08, 2026

    Otuzillik müharibə

  • Mart 08, 2026

    Dağıstan

  • Mart 08, 2026

    Səudiyyə Ərəbistanı

  • Mart 08, 2026

    Təl-Əviv

  • Mart 08, 2026

    Ukrayna

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst