Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939, Bakı – 13 sentyabr 2025, Münxen) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azə

Hacı Murad Yagizarov

  • Ana Səhifə
  • Hacı Murad Yagizarov

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939, Bakı – 13 sentyabr 2025, Münxen) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, "Humay" mükafatçısı,Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru,Şamaxı xanı Mahmud ağanın nəticəsi.

Hacı Murad Yagizarov
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov
Digər adları Hacımurad Yagizarov
Hacı Murad
Hacımurad Hacıəhmədoviç Yagizarov
Doğum tarixi 18 iyul 1939(1939-07-18)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 sentyabr 2025(2025-09-13)(86 yaşında)
Vəfat yeri
  • Münxen, Yuxarı Bavariya, Bavariya, Almaniya Federativ Respublikası
Vəfat səbəbi xəstəlik
Dəfn yeri
  • II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1958–2016
Mükafatları "Şərəf" ordeni — 2019 "Şöhrət" ordeni — 2009
Azərbaycan SSR xalq artisti — 1982 Azərbaycan SSR əməkdar artisti — 1974 Azərbaycan SSR Dövlət mükafatı — 1986
IMDb ID0613411

Mündəricat

Həyatı

Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.

13 sentyabr 2025-ci ildə Almaniyada vəfat edib. 16 sentyabrda nəşi Azərbaycana gətirilib. Təzəpir məscidində vida mərasimi keçirildikdən sonra İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
  • Azərbaycan SSR Dövlət mükafatı — 1986
  • "Qızıl Dərviş" mükafatı — 1996
  • "Şöhrət" ordeni — 28 oktyabr 2009
  • "Şərəf" ordeni — 1 avqust 2019

Soyadı

Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Babası İsmayıl bəy tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıya gəlib.

Ailəsi

Hacı Murad Yagizarov 2 dəfə ailə həyatı qurub. İkinci evliliyindən bir qızı dünyaya gəlib.

Filmoqrafiya

  • Arşın mal alan (film, 1965)
  • Aygün (film, 1960)
  • Babək (film, 1979)
  • Bağ mövsümü (film, 1985)
  • Bir cənub şəhərində (film, 1969)
  • Birisigün, gecəyarısı... (film, 1981)
  • Bizi bağışlayın (film, 1979)
  • Böyük dayaq (film, 1962)
  • Ən vacib müsahibə (film, 1971)
  • Gəmi saatının sirri (film, 1983)
  • Güllələnmə təxirə salınır!... (film, 2002)
  • Həyat öyrədir (film, 1961)
  • İcazə (film, 1972)
  • İnsan məskən salır (film, 1967)
  • Qara gölün cəngavərləri (film, 1984)
  • Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  • Mahnı qanadlarında (film, 1959)
  • Mahnı qanadlarında (film, 1972)
  • Matteo Falkone (film, 1960)
  • Nigarançılıq (film, 1998)
  • Nizami (film, 1982)
  • O qızı tapın (film, 1970)
  • Ögey ana (film, 1958)
  • Səmt küləyi (film, 1973)
  • Şeytan göz qabağında (film, 1987)
  • Şpeyer və o (film, 2005) (Almaniya) — polkovnik Raginski
  • Ulduz (film, 1964)
  • Uzaq sahillərdə (film, 1958)
  • Yarımçıq qalmış mahnı (film, 1979)
  • Şosedə hadisə (film, 1960)
  • İçəri şəhər (film, 2016)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hacı murad yagizarov sözünün mənası, hacı murad yagizarov haqqında məlumat. hacı murad yagizarov nədir? hacı murad yagizarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 10, 2026

    Azərbaycan Respublikası Daxili Qoşunları

  • Mart 11, 2026

    Monqolların Azərbaycana ilk yürüşü

  • Mart 08, 2026

    Cənubi Koreya

  • Mart 08, 2026

    Kimyəvi elementlərin siyahısı

  • Mart 08, 2026

    Modal sözlər

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst