Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin beş üzvündən biridir. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar.
| Pələng | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Klad: Olfactores Yarımtip: Onurğalılar İnfratip: Ağızçənəlilər Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Sümüklü balıqlar Klad: Xoanlar Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Klad: Dördayaqlılar Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Məməlilər Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Vəhşi heyvanlar Klad: Euteriyalar İnfrasinif: Plasentalılar Maqndəstə: Boreoeutheria Dəstəüstü: Lavrazioterilər Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Ferae Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Yırtıcıkimilər Dəstə: Yırtıcılar Yarımdəstə: Pişikkimilər Fəsilə: Pişiklər Yarımfəsilə: Böyük pişiklər Cins: Panter Növ: Pələng | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Pələngləri əvvəl 8 yarımnövünə bölürlər ki, onlardan 3-nün artıq nəsli kəsilmişdir. Bunlardan biri Azərbaycanda da rast gəlinən Xəzər pələngi olmuşdur. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Çoxu pələng kamuflajlarının ideal uyğunlaşma təmin etdiyi və sürətli və ya daha çevik ovları yaxalamlarının daha asan olduğu meşələrdə və otlaqlarda yaşayır. 100 il əvvələ qədər Hindistanda, Türkiyədə, Çində, demək olar ki, bütün Asiya qitəsində yaşayan pələnglərə hazırda keçmiş ərazilərinin 93%-də ümumiyyətlə rast gəlinmir. Böyük pişiklər arasında yalnız pələng və yaquar yaxşı üzgüçülərdir. Pələnglər tez-tez su hövzələrində, göllərdə və çaylarda yuyunurlar. Pələnglər adətən maral, çöl donuzu və s. heyvanlarla qidalanırlar. Buna baxmayaraq, bəzən daha kiçik heyvanlar da onların ovu ola bilir.

Pələnglərin ən qorxulu düşməni insandır. Qeyri-qanuni ov və təbii mühitlərinin yox olması pələnglərin sayını böyük nisbətdə azaldır. XX əsrin əvvəlində dünyada 100,000-dən çox pələng varkən, 2016-cı ildə bu rəqəm 3,890 olmuşdur. Eyni zamanda sümükləri və demək olar bütün bədən parçaları ənənəvi təbabətdə ağrı kəsicidən afrodizyaklara qədər dəyişən bir çox sahə üçün istifadə edilər. 2016-cı ildə son yüz ildə ilk dəfə olaraq pələng sayında artım baş vermişdir. Bütün pələng yarımnövləri təhlükə altındakı növlər siyahısına daxil edilmişdir.
Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da bir o qədər ehtiyatlı və qorxaqdır. O öz şikarının üstünə 6–7 m məsafədən və 3 m hündürlüyündə atıla bilər. Güclü pəncəsi ilə böyük maralı və sığını öldürə bilir. Pələng 2–4 bala doğur. Boğazlıq müddəti 112 gündür.
Sayı
| Ölkə adı | Sayı |
|---|---|
| 106 | |
| 103 | |
| >7 | |
| 2,226 | |
| 371 | |
| 2 | |
| 250 | |
| məlumat yoxdur | |
| 198 | |
| məlumat yoxdur | |
| 433 | |
| 189 | |
| <5 |
Maraqlı faktlar
Pələngin xəzi zolaq-zolaq olmaqla bərabər, xəzin altındakı dərisi də zolaqlıdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pələng sözünün mənası, pələng haqqında məlumat. pələng nədir? pələng nə deməkdir?
