Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, İstanbul) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş nazi

Rəcəb Tayyib Ərdoğan

  • Ana Səhifə
  • Rəcəb Tayyib Ərdoğan

Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, İstanbul) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən).

Rəcəb Tayyib Ərdoğan
Recep Tayyip Erdoğan
Türkiyə Prezidenti
Vəzifədədir
28 avqust 2014-cü ildən
    ƏvvəlkiAbdulla Gül
    Türkiyənin Baş naziri
    14 mart 2003 – 28 avqust 2014
    ƏvvəlkiAbdulla Gül
    SonrakıƏhməd Davudoğlu
    İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri
    27 mart 1994 – 6 noyabr 1998
    ƏvvəlkiNurəttin Sözən[d]
    SonrakıƏli Müfit Gürtuna[d]
    Türkiyə Böyük Millət Məclisinin üzvü
    9 mart 2003 – 28 avqust 2014
    Seçki dairəsiSiirt[d]
    Şəxsi məlumatlar
    Doğum tarixi 26 fevral 1954(1954-02-26)(72 yaş)
    Doğum yeri
    • İstanbul, İstanbul ili, Türkiyə
    Partiya
    • Milli Qurtuluş Partiyası[d] (1970–1980),
    • Rifah Partiyası (1983–1997),
    • Fəzilət Partiyası[d] (1997–1998),
    • Ədalət və İnkişaf Partiyası (2001)
    Təhsili
    • Mərmərə Universiteti (–1981),
    • İmam Hatip məktəbi[d]
    Fəaliyyəti dövlət xadimi, siyasətçi, iqtisadçı
    Anası Tənzilə Ərdoğan
    Həyat yoldaşı
    • Əminə Ərdoğan (1978)
    Uşaqları
    • Süməyyə Ərdoğan,
    • Bilal Ərdoğan,
    • Əhməd Burak Ərdoğan[d],
    • Əsra Ərdoğan[d]
    Dini sünnilik
    Elmi fəaliyyəti
    Elm sahəsi siyasət

    Təltifləri "Pakistan" ordeni — 2009 "Qızıl runo" ordeni — 2010 "Kazanın 1000 illiyi xatirəsinə" medalı 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni "Respublika" ordeni — 2018 "Heydər Əliyev" ordeni "Qızıl qartal" ordeni 1-ci dərəcəli "Dostluq" ordeni Grand Cordon of the Order of Leopold — 2015 National Order of the Ivory Coast National Order of Madagascar — 2017 National Order of Niger National Order of the Lion of Senegal Collar of Honor "Xilaskar" ordeni "Danaker" ordeni — 2011 1-ci dərəcəli "Manas" ordeni "Böyük Mübarək" ordeni Order of the Crown of the Realm Grand Cross of the National Order of Mali Order of the Republic Order of the National Flag Türk Dünyasının ali ordeni — 2022 Order of Al Said "Zeyd" ordeni "Ləyaqət" milli ordeni National Order of Merit Order of the Somali Star
    "Şeyxülislam" ordeni
    İmzanın şəkli
    tccb.gov.tr
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir.

    Siyasi fəaliyyəti

    Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir. 1977-ci ildə bir konfransda tanış olduğu Əminə xanımla 4 iyul 1978-ci ildə evlənmişdir. Evliliklərindən Əhməd Burak və Nəcməddin Bilal adında iki oğlu, Əsra və Süməyyə adında iki qız övladı olmuşdur.

    1982-ci ildə hərbi xidmətdə olan və ehtiyat zabit təhsilini Tuzlada alan Ərdoğan qərargah zabiti olaraq əsgərliyini bitirmişdir. Hərbi xidmətdən döndükdən sonra əvvəllər çalışdığı şirkətdə təxminən il yarım işləmişdir. Sonraki iş fəaliyyətini başqa bir şirkətdə müdir olaraq davam etdirmişdir.

    Türkiyədə 12 sentyabr 1980-ci il çevrilişindən sonra ləğv edilmiş Milli Səlamət Partiyasının xəttini davam etdirən 1983-cü ildə qurulmuş Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzv seçildi.

    1986-cı ildə əlavə seçkilərdə deputatlığa namizədliyi irəli sürüldü. 1989-cu ildə isə Bəyoğlu rayonundan bələdiyyə sədrliyinə namizəd oldu.

    1989-cu il seçkilərində Rifah Partiyası ikinci yeri tutdu. 1991-ci ildə təkrar deputatlığa namizədliyini irəli sürdü. Partiya limiti keçdi və Ərdoğan millət vəkili oldu, lakin müxtəlif bəhanələr gətirərək Yüksək Seçim Qurumu deputat mandatını ləğv etti.

    27 mart 1994-cü il seçkilərinə qədər partiyanın İstanbul İl (vilayət) başçısı vəzifəsində işləyən Ərdoğanın İstanbul Bələdiyyəsinin sədrliyinə namizədliyi də irəli sürüldü. 27 mart 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Bələdiyyəsinin sədri seçildi.

    Rəcəb Tayyib Ərdoğan 27 dekabr 1997-ci ildə dəvət olunduğu Siirtdə mitinq zamanı oxuduğu bir şeirə – Ziya Göyalpın 1912-ci ildə "Balkan Savaşı" üçün yazdığı "Asker Duası"nın dəyişdirilmiş bir hissəsinə görə və çıxışının davamında "hər dövrün Firoun və Nemrutları olduğu kimi bunun qarşısına çıxacaq Musa və İbrahimləri də var" söyləməsi səbəbindən həbs olunur. Türkiyə Cinayət Məcəlləsinin 312/2 maddəsinə əsasən xalqı dini və irqi ayrı-seçkiliyə görə kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə təqsirli bilinərək Diyarbakır Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən 1 il həbs cəzası alır və 860 mln. TL cərimələnir. Daha sonra bu cəza 10 ay həbs və 176,666,666 TL pul cəzası ilə əvəzlənir. 10 aylıq həbsin 4 ayını məhbəsdə yatan Ərdoğan əfv olunaraq azadlığa çıxır. Bu cəzasını 24 iyul 1999-cu ildə çəkib bitirir.

    Türkiyədə islami zümrəyə qarşı yürüdülən siyasətin nəticəsi olaraq Fəzilət Partiyasının konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsindən sonra, bitərəf qalan millət vəkilləri yeni partiya qurma cəhdlərini "mühafizəkarlar" və "islahatçılar" adı ilə iki qanadda davam etdirirlər. "Mühafizəkarlar" adlandırılan qanad Recai Kutanın sədrliyi ilə 20 iyul 2001-ci ildə Səadət Partiyasını qurarkən, "islahatçılar" da Tayyib Ərdoğanın liderliyində 14 avqust 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradırlar. Tayyib Ərdoğan partiyanın sədri seçilir.

    Ədalət və İnkişaf Partiyası

    Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin
    Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama Ağ Ev Gül bağçasında birgə mətbuat konfransı zamanı.

    Qurulan Ədalət və İnkişaf Partiyası 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilir.

    Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olur.

    Ərdoğan hökuməti ilə Türkiyədə davam edən iqtisadi böhran dayandı, kəskin inflyasiyanın qarşısı alındı. Eyni zamanda Ərdoğan ölkədə böyük korrupsiya qruplarını ifşa edərək məhkəmə önünə çıxartdı.

    Eyni zamanda siyasi sahədə də Türkiyə daha aydın bir siyasi xəttə keçdi. Kipr məsələsində atdığı siyasi addımlarla bu məsələnin həllində daha dinamik bir hal nümayiş etdirdi. Eyni zamanda Amerikanın İraqa müdaxiləsi zamanı Türkiyəni bacardıqca bu məsələdən kənarda tutaraq İraq bataqlığına düşməkdən qorudu. Yaxın Şərqdə İsrailin özbaşınalıqlarına qarşı daha həssas olan Ərdoğan hökuməti fələstinlilərin demokratik yolla hakimiyyətə gətirdiyi hökumətə qarşı beynəlxalq embarqodan narazı olduğunu da müxtəlif yollarla bildirdi. Türkiyənin Ermənistanla əlaqələr qurmasını tələb edən bəzi qüvvələrə qarşı da dayanan Ərdoğan hökuməti bu məsələdə Azərbaycan torpaqlarının işğaldan azad olmasını əsas şərt olaraq irəli sürməkdədir. Göz ardı edilməməsi gərəkən şeylərdən biri isə hakimiyyətin pul siyasəti nəticəsində 2002-ci ildəki 600 milyon dollarlıq xarici borc tamamilə aradan qalxaraq, 2012-ci ildə 48 milyard dollarlıq müsbət saldoya çatmışdır.

    Mükafatları

    • Tehranın fəxri vətəndaşı.
    • Rəcəb Tayyib Ərdoğan adına stadion
    • Qızıl Post ordenı (Gürcüstan, 18 may 2010)
    • Kvadiqra mükafatı ("Hörət körpüsü")
    • 2 sentyabr 2014 — Azərbaycan "Heydər Əliyev" ordeni

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rəcəb tayyib ərdoğan sözünün mənası, rəcəb tayyib ərdoğan haqqında məlumat. rəcəb tayyib ərdoğan nədir? rəcəb tayyib ərdoğan nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 08, 2026

      Otuzillik müharibə

    • Mart 09, 2026

      Birinci Qarabağ müharibəsi

    • Mart 10, 2026

      Məmməd İsmayıl

    • Mart 09, 2026

      Qazax rayonu

    • Mart 09, 2026

      Qərbi Avropa

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst