Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təyyar Bayramov (tam adı: Təyyar Allahverdi oğlu Bayramov; 14 sentyabr 1976, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2

Təyyar Bayramov

  • Ana Səhifə
  • Təyyar Bayramov

Təyyar Bayramov (tam adı: Təyyar Allahverdi oğlu Bayramov; 14 sentyabr 1976, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2009).

Təyyar Bayramov
Ümumi məlumatlar
Doğum tarixi 14 sentyabr 1976(49 yaş)
Doğum yeri
  • Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti muğam ifaçısı
Fəaliyyət illəri 2005—h.h.
Mükafatları
  • "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20092009"Humay" mükafatı — 2018
  • "Tərəqqi" medalı — 20202020

Mündəricat

Həyatı

Təyyar Bayramov 1976-cı ildin 14 sentyabrında Ağdam rayonunda anadan olub. Muğama uşaq vaxtlarından maraq göstərib. 1982-ci ildə orta məktəbə getmiş 8-ci sinfə kimi təhsilini Ağdamda almış, Qarabağ müharibəsinə görə qalan 2 ilini Ağcabədi rayonunda davam etdirmişdir. 1993-cü ildən ailəsi ilə birgə Bakı şəhərində məskunlaşmışdır. 1994–1998-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində dərs almışdır. 1999–2000-ci illərdə hərbi xidmətdə olmuşdur.

Karyera

2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə qəbul olmuş, 2005-ci ildə bitirmişdir. Musiqi kollecində təhsil alarkən peşəkar ifaçılıqla məşğul olmağa başlayıb. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət almış və ilk olaraq "Leyli və Məcnun" operasında İbn-Salam rolunu ifa etmişdir. 2006-cı ildə Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah ismayıl, Vasif Adıgözəlovun "Natəvan" tamaşasında Xanəndə və Aşıq, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Xanəndə obrazlarında cıxış etmişdir. 2005-ildən Bakı Humanitar kollecində pedaqoji fəaliyyətə başlamış, 2012-ci ildən Milli kobservatoroya və Milli konservatoriyanın nəzdində Asəf Zeynallı adına musiqi kollecində davam etmişdir. Milli Konservatoriyanın dosentidir. Bir çox elmi məqalələlərin və dərs vəsaitinin müəllifidir.

Uğurları

  • 2005–2006-cı illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən televiziya muğam müsabiqəsində 1-ci yer
  • 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə kecirilən ümumrespublika muğam müsabiqasində birinci yer
  • Eyni ildə ildə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq muğam müsabiqəsində qran-pri mükafatı
  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar artist" fəxri adı
  • 2016-cı ildə Rusiyanın Başqırdıstan vilayətində keçirilən milli musiqilərin Beynəlxalq muüsabiqasində 1-ci yer
  • Prezident Mükafatı (1 may 2017, 9 may 2018, 10 may 2019-cu il, 10 may 2022-ci il, 6 may 2023-cü il, 9 may 2024-cü il)
  • 2018-ci ildə "Humay" mükafatı laureatı
  • 31 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür

Diskoqrafiya

Albomlar

  • Ana Yurdum
  • Qal Sənə Qurban
  • Xatırlayarsan
  • Klassik Muğamlar, Vol. 1
  • Klassik Muğamlar, Vol. 2
  • Mənim Azərbaycanım
  • Qarabağ

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, təyyar bayramov sözünün mənası, təyyar bayramov haqqında məlumat. təyyar bayramov nədir? təyyar bayramov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 09, 2026

    Zaqatala rayonu

  • Mart 08, 2026

    İsveç

  • Mart 09, 2026

    Məhəmməd peyğəmbərin evlilikləri

  • Mart 08, 2026

    Fars

  • Mart 08, 2026

    Qitə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst