Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərəm Əvəz oğlu Həsənov (2 avqust 1969, Cəlilabad rayonu) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasi

Kərəm Həsənov

  • Ana Səhifə
  • Kərəm Həsənov

Kərəm Əvəz oğlu Həsənov (2 avqust 1969, Cəlilabad rayonu) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri (2019-cu ildən), 1-ci dərəcə dövlət müşaviri.

Kərəm Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri
Vəzifədədir
29 noyabr 2019-cu ildən
    Prezidentİlham Əliyev
    ƏvvəlkiEldar Nuriyev
    Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsininnin sədri
    19 may 2009 – 23 oktyabr 2019
    Prezidentİlham Əliyev
    Baş nazirArtur Rasizadə
    Novruz Məmmədov
    Əli Əsədov
    Əvvəlkivəzifə təsis edilib
    Sonrakıvəzifə ləğv edilib
    Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri
    16 sentyabr 2005 – 19 may 2009
    Prezidentİlham Əliyev
    Baş nazirArtur Rasizadə
    Əvvəlkivəzifə təsis edilib
    Sonrakıvəzifə ləğv edilib
    Azərbaycan Respublikası dövlət əmlakı nazirinin müavini
    25 oktyabr 2000 – 30 aprel 2001
    Şəxsi məlumatlar
    Doğum tarixi 2 avqust 1969(1969-08-02) (56 yaş)
    Doğum yeri
    • Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
    Təhsili Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
    Fəaliyyəti siyasətçi, iqtisadçı

    Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20192019
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1988–1989-cu illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

    1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışmışdır. 16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışmışdır.

    16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmış sədri isə Kərəm Həsənov təyin edilmişdir. O, bu vəzifəni 19 may 2009-cu ilədək daşımışdır. 19 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilərək onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmış və sədri Kərəm Həsənov təyin olunmuşdur. 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri təyin edilmişdir.

    Təltifləri

    1 avqust 2019-cu ildə Azərbaycan Respublikasında əmlak məsələləri sahəsində dövlət idarəetməsinin təşkilində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

    Ailəsi

    Deputat Malik Həsənovun qardaşıdır.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kərəm həsənov sözünün mənası, kərəm həsənov haqqında məlumat. kərəm həsənov nədir? kərəm həsənov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 08, 2026

      Bəhreyn

    • Mart 08, 2026

      Təl-Əviv

    • Mart 08, 2026

      Bakı

    • Mart 08, 2026

      Kəlbəcər rayonu

    • Mart 08, 2026

      Hindistan

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst