Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi ("Vətən Müharibəsi Qəhrəmanı" adı ilə birlikdə). Ölkənin müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
| Azərbaycanın Milli Qəhrəmanı | |
|---|---|
![]() | |
| Azərbaycanın Milli Qəhrəmanının fərqlənmə nişanı — "Qızıl ulduz" medalı (2020-ci ildən etibarən təqdim olunan versiya) | |
| Ölkə | |
| Tip | Medal |
| Təltif edir |
|
| Status | verilir |
| Statistika | |
| Təsis tarixi | 25 mart 1992 |
| İlk təltif |
|
| Son təltif |
|
| Təltif sayı | 224 nəfər |
| Ardıcıllıq | |
| Yüksək mükafat | yoxdur |
| Müvafiqdir | Vətən Müharibəsi Qəhrəmanı |
Təsis edilməsi
Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.
Əsasnaməsi
"Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
- Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
- xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı;
- "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
- Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
- "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
- "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
— medal haqqında ƏSASNAMƏ
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli 201 nömrəli Qanunu ilə təsis edilmişdir.

"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir.
Azərbaycanın Milli Qəhrəmanları
Əmək fəaliyyəti
Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.
Həmçinin bax
- "Qızıl Ulduz" medalı
- "Ay-Ulduz" medalı
- Vətən Müharibəsi Qəhrəmanı
- "Vətən Müharibəsi Qəhrəmanı" medalı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, azərbaycanın milli qəhrəmanı sözünün mənası, azərbaycanın milli qəhrəmanı haqqında məlumat. azərbaycanın milli qəhrəmanı nədir? azərbaycanın milli qəhrəmanı nə deməkdir?
