Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

AK-74M (Mənası: rus. Автомат Калашникова 74 (AK-74) Модернизированный); azərb. Avtomat Kalaşnikov 74 (AK-74) Modernizasiyası)‎) — 1994-cü ildə Mixail Kalaşnikov

AK-74M

  • Ana Səhifə
  • AK-74M

AK-74M (Mənası: rus. Автомат Калашникова 74 (AK-74) Модернизированный); azərb. Avtomat Kalaşnikov 74 (AK-74) Modernizasiyası)‎) — 1994-cü ildə Mixail Kalaşnikov tərəfindən yaradılmış avtomatdır. Kalaşnikov avtomatlarının AK modellərinin günümüzdəki nümayəndəsi olan bu silah Rusiya Silahlı Qüvvələrinin 1994-cü ildən bəri əsas avtomat silahı hesab olunur. AK-74 avtomatlarının modernizasiya edilmiş versiyasıdır. İlk dəfə AK-74M avtomatlarında AK-74 avtomatlarında istifadə edilmiş 5.45x39 mm-lik güllələrdən istifadə edilmişdir. Bu silahı AK-74 avtomatından ayıran xüsusiyyətləri isə aksesuarları (qundağ, qəbzə və əl qundağı), süngüsü və silahın standart görünüşündə belə sabit görünən qatlanan qundağın olmasıdır. Sökülməsi AK seriyasında olduğu kimidir.

AK-74M
Tipi avtomat
İstismar illəri 1994– davam edir
İstehsal tarixçəsi
İstehsalçı İjmaş
İstehsal illəri 1994 – davam edir
Xüsusiyyətləri
Ağırlığı
  • Boş olarkən çəkisi: 3.6 kq
  • Dolu olarkən çəkisi, süngü bıçaqla: 4.1 kq
Uzunluğu 945 mm
  • Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 1089 mm
  • Yığılmış qundaqla birlikdə uzunluğu: 705 mm
  • Lülənin uzunluğu: 415 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
5.45 mm-lik AK-74M avtomatına GP-25 qumbaraatanı taxılmış halda

Mündəricat

Aksesuarları

Snayper durbini, gecə durbini, termal kamera, optik nişangah, lazer hədəfləyici, qumbaraatan, süngü, taktiki fənər, səsboğucu

Modelləri

  • AK-74M: Standart model.
  • AK-105: AK-74M-in qısa lüləli modeli.

Xüsusiyyətləri

Lülənin kalibri — 5.45 mm

Giliz: 5,45×39 mm

Atış tipi: Qaz dövriyyəsi

Nişangah məsafəsi – 1000 metr

Təsirli atəş məsafəsi – 800 metr

Güllənin zədələyici təsir məsafəsi – 1500 metr

Güllənin maksimal uçuş məsafəsi – 3150 metr

Güllənin başlanğıc sürəti – 910 metr\saniyə

Atəş tezliyi – 650 atəş\dəqiqədə

Atəş rejimi – avtomatik və tək-tək

Daraqın tutumu – 30 ədəd

Nişangah – nizamlana bilən adi nişangah

Üzərinə qoşula bilən qumbaraatan – QP-25, QP-30, QP-34

İstifadə edən ölkələr

  •  Azərbaycan
  •  Kipr
  •  İran
  •  Rusiya
  •  Yunanıstan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ak-74m sözünün mənası, ak-74m haqqında məlumat. ak-74m nədir? ak-74m nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 08, 2026

    Volvo

  • Mart 09, 2026

    Asiya ölkələrinin siyahısı

  • Mart 09, 2026

    Avropa ölkələri

  • Mart 12, 2026

    Ramiz Mehdiyev

  • Mart 10, 2026

    Şəmsəddin Eldəniz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst