Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -m

Məsdər

  • Ana Səhifə
  • Məsdər

Məsdər — həm felin, həm də ismin xüsusiyyətlərini özündə daşıyan sözlər. Nə etmək?, Nə olmaq? suallarından birinə cavab verir. Məsdər feillərə -maq2 bəzən də -ma2 şəkilçisini artırmaqla düzəlir. Sonuncu hecasında qalın sait olan fellərə -maq, incə sait olan fellərə isə -məq şəkilçisi əlavə edilir. Məsələn, yaz-maq, eşit-mək. Lüğətlərdə feillər məsdər formasında yazılır.

Mündəricat

Məsdərin feilə aid xüsusiyyətləri

  • Feil və ondan əmələ gələn məsdər eyni leksik məna bildirir. Məsələn, götür və götürmək sözlərinin leksik mənaları arasında fərq yoxdur, amma qrammatik mənaları müxtəlifdir.
  • Məsdər təsdiq və inkarda işlənə bilir. Məsələn, təmizləmək və təmizləməmək.
  • Məsdər də feilin müəyyən növündə olur. Məsələn, görüş — görüşmək. Hər ikisi də qarşılıq bildirir.
  • Məsdər də təsirli və ya təsirsiz olur. Məsələn: oxumaq -təsirli, yerimək — təsirsiz.
  • Məsdər də feil kimi ətrafına söz toplayaraq məsdər tərkibi əmələ gətirir. Məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb üzvü olur.

Məsdərin ismə aid xüsusiyyətləri

  • Məsdər isim kimi hallanır və mənsubiyyətə görə dəyişir. 3-cü şəxsdə məsdər mənsubiyyətə görə dəyişərkən, bəzən -maq2 şəkilçisi -ma2 şəklinə düşür. Məsələn, quşların oxumağı və quşların oxuması.
  • Məsdər isim kimi nə? sualına cavab verir.
  • Qoşmalarla işlənə bilir. Məsələn, dırmanmaq üçün, yeməkdən qabaq.
  • 3-cü şəxsdə xəbər şəkilçisi (-dır4) qəbul edib ismi xəbər olur (feili xəbər ola bilmir).

Məsdərin cümlədə rolu

Məsdər cümlədə mübtəda, xəbər, tamamlıq, zərflik və bəzən qoşmalarla birlikdə işləndikdə təyin vəzifəsində çıxış edir.

  • Oxumaq onun məqsədidir (mübtəda);
  • Elnurun ən böyük arzusu Azərbaycana gəlməkdir (xəbər);
  • Həsən oynamağı yaxşı bacarmır (tamamlıq)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məsdər sözünün mənası, məsdər haqqında məlumat. məsdər nədir? məsdər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 09, 2026

    Günəş

  • Mart 11, 2026

    Yuxarı Qarabağ kanalı

  • Mart 10, 2026

    Fərhad Əliyev

  • Mart 12, 2026

    Kiril əlifbası

  • Mart 11, 2026

    Qlobal istiləşmə

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst