Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eyvaz Zeynalov (tam adı: Zeynalov Eyvaz Mahmud oğlu; 18 yanvar 1950, Qiyaslı, Ağdam rayonu) — Azərbaycan yazıçısı.

Eyvaz Zeynalov

  • Ana Səhifə
  • Eyvaz Zeynalov

Eyvaz Zeynalov (tam adı: Zeynalov Eyvaz Mahmud oğlu; 18 yanvar 1950, Qiyaslı, Ağdam rayonu) — Azərbaycan yazıçısı.

Eyvaz Zeynalov
Zeynalov Eyvaz Mahmud oğlu
Doğum tarixi 18 yanvar 1950(1950-01-18) (76 yaş)
Doğum yeri
  • Qiyaslı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili

Həyatı

18 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olub. Tanınmış yazıçı ilk və orta təhsilini Ağdam şəhər 1 nömrəli məktəbində almış və bu məktəbi əla qiymətlərələ bitirmiş,1973-cü ildə V. İ. Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişdir.

"Qəlibə sal" adlı ilk hekayəsi hələ orta məktəbin 9-cu sinfində oxuyarkən "Lenin yolu" qəzetində çap olunub. 2007-ci ildə "Avropa Nəşr Mətbu Evi"nin keçirdiyi müsabiqədə "Ən yaxşı vətənpərvər yazıçı" Beynəlxalq Qızıl mükafatına layiq görülüb, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə müsabiqəsinin qaliblərindən biri olub.

2010-cu ildə Azadlıq radiosunun "Ədəbi azadlıq" kiçik hekayə müsabiqəsinin qalibi olub və 1-ci yeri tutub.

1990-cı ildə "Yazıçı" nəşriyyatında "Rəngsiz yuxu" (povest, hekayələr) adlı ilk kitabı çapdan çıxmıb. 1999-cu ildə "Bahalı şokolad qutusu", 2007-ci ildə "Qırmızı almalar" (uşaqlar üçün) kitabları, 2006-cı və 2009-cu illərdə "Qarabağ hekayələri" (təkmilləşdirilmiş, artırılmış iki nəşr), 2007-ci ildə "Hekayələr", 2008-ci ildə "Qış günəşi" (povestlər, hekayələr), 2013/14-cü ildə "Bələdçi" (iki roman: "Bələdçi" və "Qisas") kitabı, 2014-cü ildə "Tələ" romanı, 2015-ci ildə "Alın yazısı" romanı, "Ömrə atılan daş" romanı çap edilib.

2010-cu ildə Tiflisdə iki dildə — azərbaycan və gürcü dilində "Uşaq hekayələri və nağıllar" adlı kitabı çap olunub.

2011-ci ildə Türkiyədə, Ankarada Türkiyə türkcəsində "Kara(b)ağlayan Hikayeler" kitabı çıxıb.

2012-ci ildə Amerikada ingiliscə çap olunan "Müasir Azərbaycan nəsr antologiyası" kitabında 4 hekayəsi gedib.

2015-ci ildə Almaniyada alman dilində "Bələdçi" romanı;

2015-ci ildə İstanbulda türk dilində "Əski bisilklet" hekayələr kitabı çap edilib.

Orta məktəblərin Azərbaycan dili və Ədəbiyyat kitablarında hekayələri tədris olunur. 2019-cu ildən Eyvaz Zeynalovun əsəri Ədəbiyyatdan qəbul proqramına (imtahan testi) salınıb.

2020-ci il Vətən müharibəsi əsasında yazılan "Kəşfiyyatçılar" əsəri 7-ci sinif ədəbiyyat kitabına salınıb.

Əsərləri rus, türk, ingilis, gürcü, qırğız, krımtatar və s. dillərə tərcüm edilib.

Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Gürcüstan Yazıçılar Milli Akademiyasının üzvüdü.

Əsərləri

1."Rəngsiz yuxu" (povest, hekayələr)-(Yazıçı, 1990)

2."Bahalı şokolad qutusu" (1999)

3."Qırmızı almalar" (2007)

4."Qarabağ hekayələri" (2009)

5."Qış günəşi" (povestlər, hekayələr) — (2008)

6. "Bələdçi" (iki roman: "Bələdçi" və "Qisas") — (Qanun, 2013)

7."Tələ" romanı (2014)

8. "Alın yazısı" romanı (2015)

9. "Uşaq hekayələri və nağıllar" (azərbaycan və gürcü dillərində) 2010 Tiflis

10. "Kara ağlayan hikayeler" (türkcə) 2011 Ankara

11. "Bələdçi" romanı 2015 Almaniya

12. "Əski bisiklet" (türk dilində) 2015 İstanbul

13. "Kəşfiyyatçılar"

  • Tanınmış yazıçı Eyvaz Zeynalovun romanı Almaniyada çap olunub 2015-09-30 at the Wayback Machine (az.)
  1. https://www.trims.edu.az/noduploads/book/quot-adabiyyat-quot-fanni-uzra-7-ci-sinif-ucun-darslik-1663144076-356.pdf Arxiv surəti 17 sentyabr 2024 tarixindən Wayback Machine saytında Ədəbiyyat 7 dərslik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, eyvaz zeynalov sözünün mənası, eyvaz zeynalov haqqında məlumat. eyvaz zeynalov nədir? eyvaz zeynalov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 09, 2026

    Venesuela

  • Mart 13, 2026

    İran əhalisi

  • Mart 10, 2026

    Yunan mifologiyası

  • Mart 11, 2026

    Nizami Rəmzi

  • Mart 11, 2026

    Azərbaycan Ərəb xilafətinin tərkibində

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst