Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladı

Zəfər Günü (Azərbaycan)

  • Ana Səhifə
  • Zəfər Günü (Azərbaycan)

Zəfər Günü — Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.

Zəfər Günü
Bakıda Azərbaycan xalqı Qarabağdakı qələbəni qeyd edir.
Bakıda Azərbaycan xalqı
Qarabağdakı qələbəni qeyd edir.
Rəsmi adı Azərbaycan Respublikasında Zəfər Günü
Ölkə
  •  Azərbaycan
Növ İş günü olmayan bayram günü
Tarix 8 noyabr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi zəmin

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Zəfər Gününün təsis edilməsi

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə — Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Prezidentin sərəncamı

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsindəki qələbəsini təmin edən mühüm amillər oldu. Bu müharibədə qələbə Prezident İlham Əliyevin bu qələbəni qeyd etmək üçün xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Zəfərin qeyd edilməsi

Zəfər günü Tiflisdə, Qardabanidə, Marneulidə qeyd edilmişdir. 2025-ci ildə Qarsda Azərbaycan şəhidlərinin xatirəsinə 44 ağac əkilmişdir. Zəfərin beş illiyi münasibətilə Naxçıvan, Laçın, Xankəndi və Şuşada zəfər yürüşləri təşkil edilmişdir.

Hərbi paradlar

  • 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı və ya Zəfər Paradı — İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) Azərbaycanın qələbəsi şərəfinə Bakıda keçirilən tarixi hərbi parad.
  • 2023 Xankəndi Zəfər Paradı və ya Qələbə Paradı — İkinci Qarabağ müharibəsində (Vətən müharibəsində) Azərbaycanın əldə etdiyi zəfərin üçüncü ildönümünə həsr olunan Xankəndidə keçirilən tarixi hərbi parad.
  • 2025 Zəfər Paradı — Bakıda Azadlıq meydanında keçirilməsi nəzərdə tutulan, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbənin 5 illiyinə həsr olunan paraddır. Parad 8 noyabr 2025-ci ildə keçiriləcək.

Qalereya

  • Zəfər gününün Birinci ildönümündə İ.Əliyev Şuşa şəhərində hərbçilərlə görüşü
    Zəfər gününün Birinci ildönümündə İ.Əliyev Şuşa şəhərində hərbçilərlə görüşü
  • Zəfər gününün Birinci ildönümdə Prezident İ.Əliyev və Birinci Vitse-Prezident M.Əliyeva Şuşa şəhərində.
    Zəfər gününün Birinci ildönümdə Prezident İ.Əliyev və Birinci Vitse-Prezident M.Əliyeva Şuşa şəhərində.
  • Prezident İ.Əliyev hərbçilər qarşısında çıxış edir
    Prezident İ.Əliyev hərbçilər qarşısında çıxış edir
  • Prezident İ.Əliyev hərbçilərin əhatəsində
    Prezident İ.Əliyev hərbçilərin əhatəsində
  • Prezident İ.Əliyev tribuna önündə
    Prezident İ.Əliyev tribuna önündə
  • Prezident İ.Əliyev Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevlə görüşür
    Prezident İ.Əliyev Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevlə görüşür
  • Birinci Vitse-Prezident M.Əliyeva hərbi pilotların əhatəsində
    Birinci Vitse-Prezident M.Əliyeva hərbi pilotların əhatəsində
  • Prezident İ.Əliyevin hərbçilərlə kollektiv şəkli
    Prezident İ.Əliyevin hərbçilərlə kollektiv şəkli

Həmçinin bax

  • Vikianbarda əlaqəli media-fayllar

  • П:"Azərbaycan mədəniyyəti" portalı
  • İkinci Qarabağ müharibəsi
  • Azərbaycanın dövlət bayramları və xüsusi günləri
  • Anım Günü (Azərbaycan)
  • Xarıbülbül (simvol)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zəfər günü (azərbaycan) sözünün mənası, zəfər günü (azərbaycan) haqqında məlumat. zəfər günü (azərbaycan) nədir? zəfər günü (azərbaycan) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 10, 2026

    Pələng

  • Mart 08, 2026

    Bakı

  • Mart 11, 2026

    Ktesifon

  • Mart 09, 2026

    Niderland

  • Mart 11, 2026

    Qaraxanilər dövləti

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst