Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pəncəli Nurməhəmməd oğlu Teymurov (24 mart 1981, Azaru, Astara rayonu – 3 aprel 2016, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2025);

Pəncəli Teymurov

  • Ana Səhifə
  • Pəncəli Teymurov

Pəncəli Nurməhəmməd oğlu Teymurov (24 mart 1981, Azaru, Astara rayonu – 3 aprel 2016, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı (2025); Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri iştirakçısı. O, Aprel döyüşlərində həlak olmuşdur.

Pəncəli Teymurov
Pəncəli Teymurov
Pəncəli Teymurov
Şəxsi məlumatlar
Ləqəbi Qoca qurd
Doğum adı Pəncəli Nurməhəmməd oğlu Teymurov
Doğum tarixi 24 mart 1981
Doğum yeri
  • Azaru, Asxanakəran bələdiyyəsi, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 aprel 2016(35 yaşında)
Vəfat yeri Talış, Tərtər rayonu, Azərbaycan
Dəfn yeri
  • Azaru
Dəfn tarixi 11 aprel 2016
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı Elvira Teymurova
Atası Nurməmməd Teymurov
Anası Vahimə Teymurova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 1999–2016
Rütbəsi
Gizir
Döyüşlər Aprel döyüşləri
Təltifləri
"Qızıl ulduz" medalı — 20252025
"İgidliyə görə" medalı"Vətən uğrunda" medalı"Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Mündəricat

Həyatı

Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. O, toyunda özünə "şəhidliyin qismət olmasını" arzu etmişdir və bu səbəblə də tanınmışlıq qazanmışdır.

Hərbi xidməti

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları — Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak etmiş və 3 aprel 2016-cı ildə döyüşdə həlak olmuşdur.

Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi.

11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.

Xatirəsi

  • 2020-ci ildə çəkilmiş "Anamın kitabı" serialının bir səhnəsində onun xatirəsi yad edilmişdir.
  • Aprel döyüşlərinin iştirakçısı Pəncəli Teymurovun büstü açılıb.
  • Siyəkü kənd Boks məktəbi adını daşıyır.
  • Pəncəli Teymurovun adı gəmiyə verilib.

Mükafatları

  • — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  • — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  • — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
  • — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
  • — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
  • — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
  • — "İgidliyə görə" medalı
  • — "Vətən uğrunda" medalı (ölümündən sonra)
  • (7 noyabr 2025) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pəncəli teymurov sözünün mənası, pəncəli teymurov haqqında məlumat. pəncəli teymurov nədir? pəncəli teymurov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 10, 2026

    Tovuz rayonu

  • Mart 08, 2026

    İzotop

  • Mart 08, 2026

    Almaniya

  • Mart 08, 2026

    Braziliya

  • Mart 09, 2026

    Məhəmməd Füzuli

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.wikimap.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst